Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını əldə etməyin çox vacib olduğunu düşünürəm.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib.
O, bu prosesin çətin olduğunu və qarşısında müəyyən maneələrin dayandığını bildirib:
“Hesab edirəm ki, ilkin addım olaraq çərçivə razılaşması əldə etmək mümkündür. Orada bir sıra, o cümlədən Azərbaycanın narahat olduğu Ermənistanın Konstitusiyasına dəyişiklik məsələsi var. Həmçinin Ermənistanın da narahat olduğu bəzi məsələlər mövcuddur. Bütün bunlar ən azından çərçivə sazişinin qarşısında dayanmamalıdır. Mən bir çox məsələlər, o cümlədən demarkasiya və kommunikasiyalarla bağlı irəliləyişin əldə olunmasından çox şadam. Düşünürəm ki, bir sıra çətin mövzular, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə irəliləyiş üçün imkanlar var. Tərəflərin bir-biri qarşısında öhdəlik götürməsi və irəli addımlamaq üçün yollar tapması, xüsusilə də beynəlxalq səhnədə getdikcə liderlik rolunu artıran Azərbaycan üçün çox vacibdir”.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
Ceyms Uorlik Qarabağda gedən yenidənqurma işlərinə də toxunaraq, orada ABŞ şirkətləri üçün də investisiya imkanları ola biləcəyini qeyd edib:
“ABŞ şikətləri üçün Azərbaycanda çox böyük imkanlar var. Biz bunun uzun illər şahidi olmuşuq. ABŞ Azərbaycan əlaqələri hər zaman sıx və səmimi olub. Biz bir çox məsələlərlə bağlı birgə işləmişik. Hazırda bu cür imkanlar Qarabağda açılıb. Düşünürəm ki, ABŞ şirkətləri bunu nəzərdən keçirməlidir”.
- Evdən işləmək: Azadlıq, yoxsa tələ?
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video
- Avtobusda qadınlara əxlaqsız hərəkətlər edən şəxs - Həbs olundu+Video
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu - Foto+Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransa DÇ-yə qələbə ilə başladı - Video-Yenilənib
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!