Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Zeynalov Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, sentyabrın 19-da İradə Aslanova adlı vətəndaş Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək, onunla bağlı şikayət edib.
Şikayətçi bildirib ki, Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) onun yaşadığı ünvana gələrək evinə işıq salıb, qəribə səslər çıxarıb, avtomobilinin üzərinə yazılar yazıb və qapısını döyərək narahat edib.
O, polis bölməsinə gətiriləndən sonra da özünü qeyri-adekvat aparıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs Respublika Psixiatriya Xəstəxanasına dəfələrlə müalicə alıb. Bu səbəbdən də yenidən Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
Qeyd edək ki, Tamerlan Zeynalov (Məmmədov) Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb, daha sonra vəkil kimi fəaliyyət göstərib. 2019-cu ildə o, dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
- Evdən işləmək: Azadlıq, yoxsa tələ?
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video
- Avtobusda qadınlara əxlaqsız hərəkətlər edən şəxs - Həbs olundu+Video
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu - Foto+Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransa DÇ-yə qələbə ilə başladı - Video-Yenilənib
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!