Fransada ölkə səviyyəsində müxtəlif assosiasiyalar və solçu partiyaların çağırışı ilə 50 şəhər və qəsəbədə “Makron-Barnye hökumətinə” qarşı etiraz nümayişi keçirilib.
BUTA.TV xəbər verir ki, fransız xalqı parlament seçkilərinin nəticələrinin tanınmasını tələb edir.
“Emmanuel Makron Matinyonda sağçı, antisosial, antimiqrant, homofob keçmişi olan və yalnız ifrat sağçıların daimi razılığı ilə idarə edə biləcək bir Baş nazir təyin edib”, - deyə Tələbə Həmkarlar İttifaqı, Lisey Şagirdləri Birliyi, Ailə Planlaması və “Attac France” assosiasiyasının birgə bəyanatında bildirilib.
Qeyd edək ki, Fransanın yeni hökumətinin tərkibi hələ də rəsmi elan olunmayıb. Makron Baş nazir Barnyenın seçimində tam müstəqil olduğunu bildirsə də, onun təqdim etdiyi siyahını qəbul etmədiyi bildirilir.
- Rusiya inanılmaz yola əl atır: 61 trilyon əldə edəcək
- Zelenskinin videosuna Putindən reaksiya: Şəhərə gir...
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?