Avqustun 19-da Siciliya sahillərində qəzaya uğrayan Bayesian yaxtasının göyərtəsində Qərb kəşfiyyat xidmətləri ilə bağlı məxfi məlumatlar ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yaxtanın su keçirməyən seyfləri ola bilərdi ki, orada gizli məlumatlar olan iki super şifrəli disk saxlanılır. Bu məlumatlar dünya üzrə kəşfiyyat orqanları üçün maraqlı ola biləcəyi üçün dalğıclar gəminin qalıqlarının təhlükəsizliyini gücləndirməyi xahiş ediblər.
Bildirilib ki, əvvəlcə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları oğruların yaxtadan qızıl-zinət əşyaları və digər qiymətli əşyaları oğurlamağa cəhd edə biləcəyindən ehtiyat ediblər. Lakin indi onları daha çox məxfi məlumatların təhlükəsizliyi narahat edir. Dalğıclar səlahiyyətlilərdən gəminin təhlükəsizliyini gücləndirməyi və digər məsələlərlə yanaşı, sualtı müşahidə sistemindən istifadə etməyi xahiş ediblər.
- Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu
- Kreml Bakı və İrəvandan bunu gözləyir
- Gözümlə görmüşəm, Bakı ilə imzalanan sazişdə... - Manukyan
- Ermənilərin Qarabağa qayıdışı barədə İrəvandan açıqlama
- Ermənistanda ordu ilə bağlı qərar – Əliyevin tələbidir?
- Ərdoğanın müavini Naxçıvana gəlir
- Rusiya NATO-nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...
- Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan