Ukrayna Krasnodar diyarının Tixoretsk şəhərindəki raket anbarına “Palyanitsa” raket-dronu ilə zərbə endirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.
“Vurulan anbarda 2 min ton döyüş sursatı, o cümlədən Şimali Koreya istehsalı olan raketlər olub. Yüksək alov şarı da zərbənin miqsayını göstərir. Partlayış lokal zəlzələ yaradıb və kosmosdan belə görünüb”, - məlumatda qeyd olunub.
Nəşr qeyd edib ki, sursat anbarlarına ardıcıl hücumlar Ukraynanın Rusiya daxilindəki strateji hədəflərə dərin zərbələr endirmə kampaniyasının dəyişməsindən xəbər verir:
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
“Kiyev uzun müddət müttəfiqlərindən “Storm Shadow”, “SCALP-EG” və ABŞ raketləri ilə Rusiyanı vurmaq üçün icazə istədi, lakin onlar daim rədd cavabı aldılar. Səbri tükəndiyi üçün ukraynalılar yerli istehsal silahlarının - PUA və raketlərin istehsalını ikiqat artırıblar ki, onlar ilk öncə heç kimdən icazə istəmədən Rusiya daxilində hədəfləri atəşə tuta bilərlər. Son hücumlar da Ukraynanın dərin zərbələrinin artdığını göstərir. Son reydlər daha çox dağıdıcı oldu. Bu, Ukrayna PUA-ları qədər uzağa uçmayan, lakin daha çox güclü silaha işarə edir. Toropetsdə ruslar sursat anbarı partlamadan əvvəl təyyarə mühərriklərinin səsini eşitdiklərini iddia ediblər. Bu, “Palyanitsa” idi”.
Qeyd edək ki, “Palyanitsa” raket-dronunun ilk dəfə avqustun 24-də atışı həyata keçirildi və Krımdakı hədəfi məhv etdi. Bu raket Çexiya və Ukraynanın birgə istehsalı olan turboreaktiv mühərrikə malikdir.
- Evdən işləmək: Azadlıq, yoxsa tələ?
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video
- Avtobusda qadınlara əxlaqsız hərəkətlər edən şəxs - Həbs olundu+Video
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu - Foto+Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransa DÇ-yə qələbə ilə başladı - Video-Yenilənib
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!