Ümumrespublika Təmizlik Marafonu çərçivəsində "Xəzəri qoruyaq" devizi altında mövsümün sonuncu kütləvi təmizlik aksiyası Xəzərin Novxanı sahilində keçirilib.
Bu barədə BUTA.TV-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu dəfə "Xəzər həftəsi" ərəfəsində təşkil olunan maarifləndirici aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, dövlət və özəl qurumların təmsilçiləri, könüllü gənclər təşkilatlarının üzvləri, həmçinin tanınmış ictimaiyyət nümayəndələri iştirak edib, aksiya zamanı dəniz sahilindən 3 ton tullantı təmizlənərək daşınıb.
Qeyd edək ki, “Təmiz ölkəm” devizi altında davam edən Ümumrespublika Təmizlik Marafonuna may ayından start verilib, təmizlik aksiyaları hər həftənin 4 və 6-cı günləri ölkənin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edib.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
Məqsəd vətəndaşlarımızı ətrafa tullantı atmamağa sövq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, o cümlədən Xəzər sahilini təmiz saxlamağa təşviq edərək belə maarifləndirici aksiyalara daha geniş kütlənin cəlb olunması təbliğatını genişləndirməkdir.
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video
- Avtobusda qadınlara əxlaqsız hərəkətlər edən şəxs - Həbs olundu+Video
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu - Foto+Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransa DÇ-yə qələbə ilə başladı - Video-Yenilənib
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!
- Nöqsana görə qovulan direktor şikayət etdi, rədd cavabı aldı