Ukrayna Qərb yardımından asılılığını azaltmaq üçün öz NATO kalibrli artilleriya istehsalını qurub. Bu, Ukraynanın qələbəsinə zəmanət vermir, lakin bu olmasaydı, məğlubiyyət qaçılmaz olacaqdı.
BUTA.TV xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Nəşr qeyd edir ki, pilotsuz təyyarələrin və elektron müharibənin artan roluna baxmayaraq, artilleriya hər iki tərəfin döyüş taktikasının mərkəzi elementi olaraq qalır:
"Müharibə başlayandan bəri Ukrayna 155 mm-lik artilleriya mərmiləri istehsal etmək üçün öz daxili potensialını inkişaf etdirməyə sərmayə qoydu, çünki Sovetin 152 mm-lik mərmi ehtiyatları tez bir zamanda tükəndi. Sentyabrın ortalarında prezidentin müşaviri Aleksandr Kamışin Ukraynada 155 mm-lik mərmilərin kütləvi istehsalına başlanıldığını açıqlamışdı. Zavod hazırda yalnız məhdud miqdarda döyüş sursatı istehsal edir, lakin ilin sonuna kimi onun gücünün üç dəfə artacağı gözlənilir. Ukrayna Qərb haubitsalarından asılılığını azaltmaq üçün səylər göstərir".
- Gözümlə görmüşəm, Bakı ilə imzalanan sazişdə... - Manukyan
- Ermənilərin Qarabağa qayıdışı barədə İrəvandan açıqlama
- Ermənistanda ordu ilə bağlı qərar – Əliyevin tələbidir?
- Ərdoğanın müavini Naxçıvana gəlir
- Rusiya NATO-nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...
- Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
- Bakı və İrəvan arasındakı sülh bu ölkələr üçün... - Senator
- Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi