Ölkənin islahatçı siyasi cərəyanına mənsub şəxslərin Məsud Pezeşkianın Nyu Yorka səfəri çərçivəsində ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampla görüşməsi barədə tövsiyələri alçaldıcıdır və prezident ehtimal olunan bu görüşlərdən imtina etməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri Əli Xameneinin ofisinə bağlı "Keyhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari yazıb.
O, ABŞ-ın Qasım Süleymanini öldürməsini, nüvə razılaşması danışıqlarını ləğv etməsini və rəsmi Vaşinqtonun Məsud Pezeşkianın prezident seçilməsini təbrik etməməsini xatırladıb.
“Bütün bunlardan sonra ABŞ prezidentliyinə namizədlərlə görüşmək alçaq hərəkətdir və bunu tövsiyə edənlər İbrahim Rəisinin inqilabi mövqeini ayaq altına atırlar”.
Baş redaktor islahatçı siyasi cərəyan mənsublarını İranı və inqilab dəyərlərini ABŞ-la münasibətlərə qurban etməyə hazır olduqlarını deyib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın BMT-nin illik sammitində iştirak üçün səfəri çərçivəsində Donald Tramp və Kamala Harrislə görüşünün olacağı barədə ehtimallar irəli sürülüb.
- Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama
- Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi
- Azərbaycanda böyük narazılıq var... - Markov
- Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat