Ötən ilin sentyabrında keçirilmiş antiterror əməliyyatından sonra, Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə minatəmizləmə işləri davam etdirilir.
BUTA.TV xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Sədr bildirib ki, Xankəndi şəhərində əsas tələ minalarına daha çox rast gəlinirdi. Tələ minalarla yanaşı partlamamış hərbi sursatlar da təmizlənir.
"Şəhərin artıq böyük hissəsi təmizlənib",- deyə V. Süleymanov qeyd edib.
Anasının viza xərcini ödəyə bilməyən qapıçı 90 dəqiqədə 2 milyon izləyici topladı - Video
Qeyd edək ki, 2020-2024-cü illər ərzində ümumilikdə Şərqi Zəngəzur və Qarabağ ərazisində 379 nəfər Ermənistan tərəfindən basdırılmış minaların qurbanları olub. Bunlardan da 70 nəfəri həyatını itirib. 309 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Şərqi Zəngəzur və Qarabağ ərazisində bu günə qədər 161 min hektar ərazidə təmizləmə işləri aparılıb. Bu günə qədər 157 min ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!
- Nöqsana görə qovulan direktor şikayət etdi, rədd cavabı aldı
- Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi
- Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
- Azərbaycanda vəzifəli şəxs cərimələndi
- “Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
- Bu reys dostluq və əməkdaşlığın növbəti rəmzi olacaq - Manizadə
- Xüsusi təyinatlılar bir araya gəldi - Qafqazda mühüm gün+Fotolar