İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov sentyabrın 25-də səhər saatlarında dünyasını dəyişib.
BUTA.TV xəbər verir ki, bu barədə Globalinfo.az-a onun yaxınları məlumat verib.
Bildirilib ki, K.Həsənov Türkiyənin İstanbul şəhərində ürəyindəki stendi dəyişdirməyə gedibmiş. Əməliyyatdan bir neçə saat sonra onun vəfat etdiyi deyilir.
Köçərli Həsənovu uzun illər Azərsu ASC-nin sədrinin müavini vəzifəsində çalışıb. O, bu ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində yaradılan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə sədr əvəzi təyin olunub. Bu yaxınlarda isə sədr vəzifəsinə təsdiqlənibmiş.
Allah rəhmət eləsin.
- Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama
- Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi
- Azərbaycanda böyük narazılıq var... - Markov
- Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat