Ukraynanın kapitulyasiyası və onun ikinci Belarusa çevrilməsi müharibəni bitirmək üçün ən sürətli yol deyil.
BUTA.TV xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Burada bəzi sülhsevərləri eşitdim ki, onlar üçün müharibə çox bahadır. Biz də sülhü sevirik, AB sülhü sevir və ən çox onu ən yüksək qiymətləri ödəyən ukraynalılar sevir. Sülhə nail olmağın ən sürətli yolu Rusiyanın qoşunlarının çıxarılması və müharibənin başa çatmasıdır. Bəli, bizim dəstəyimiz olmasa, Ukrayna təslim olmağa məcbur qalacaq. Müharibənin bu cür bitməsini istəmirik. Ukraynanın kapitulyasiyasını, onun milli kimliyini, azadlığını, ərazisini itirməsini və ikinci Belarusa çevrilməsini istəmirik”, - o bildirib.
- Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama
- Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi
- Azərbaycanda böyük narazılıq var... - Markov
- Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat