Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün beynəlxalq ictimaiyyət İran və Şimali Koreya kimi ölkələrin Rusiyaya hərbi dəstək verməsinin qarşısını almalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Təhlükəsizlik Şurasının iclasında deyib.
“İslam Respublikası 2022-ci ildən Rusiyaya pilotsuz təyyarələr verir və Rusiyada pilotsuz təyyarələr istehsal edən zavod tikib. Cəmi bir neçə həftə əvvəl Tehran Rusiyaya yüzlərlə yaxın mənzilli ballistik raket göndərib. İran bu silahlarla işləmək üçün ölkə daxilində də rus əsgərlərə təlim keçib”, - o bildirib.
Onun sözlərinə görə, İran və Şimali Koreyanın Ukrayna müharibəsində Rusiyaya hərbi dəstəyi Rusiyanın özünün səs verdiyi Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozur.
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır