Azərbaycanda qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb, bu səlahiyyət “Azəristiliktəchizat” ASC-ə həvalə olunub.
BUTA.TV xəbər verir ki, Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli qərarı ilə istilik təchizatı xidmətlərinin qiymətlərini tənzimləyən qurumlar müəyyənləşdirilib. Bununla əlaqədar, Nazirlər Kabinetinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında və “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 2023-cü il 5 sentyabr tarixli Qərarda dəyişiklik edilib.
Sözügedən Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minib.
Tarif (qiymət) Şurası istilik təchizatının yalnız əhali qrupuna aid istehlakçılar üzrə tariflərini müəyyən edir. Yeni istilik mövsümundə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə dəyişilməz olaraq qalır.
Qərara əsasən qeyri-əhali istehlakçıları üçün istilik təchizatı xidmətlərinə görə hesablaşmalar “Azəristiliktəchizat” ilə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcəkdir.
Qeyri-əhali istehlakçıları “Azəristiliktəchizat”ın ümumi abonentlərinin 1,67% -ni, istilik təchizatı üzrə satışının isə 16 %-ni təşkil edir.
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır