"Qarabağ" sürpriz etməyi sevən komandadır.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında vaxtilə "Qarabağ"da oynamış braziliyalı veteran futbolçu Danilo Dias keçmiş komandasının UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda səfərdə İngiltərənin "Tottenhem" klubuna qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.
O, Londonda baş tutacaq matçın çətin keçəcəyini, amma Ağdam təmsilçisinin uğurlu nəticə qazanmaq gücündə olduğunu bildirib:
"Qurban Qurbanov peşəkar və ağıllı baş məşqçidir. O, komandasını bu cür oyunlara fərqli hazırlayır. Yadımdadır, 2014-cü ildə Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriya təmsilçisi "Zaltsburq"la Bakıdakı matçda çox əla oynamışdıq. Hətta həmin görüşdə hesabı mən açmışdım. Oyuna çox yaxşı köklənmişdik. Əminəm ki, yenə də meydanda əzmkar "Qarabağ" görəcəyik".
39 yaşlı keçmiş hücumçu müasir futbolda ad və büdcə məsələsinin elə də önəmli olmadığını söyləyib:
"Tottenhem"in bahalı futbolçuları ola bilər, lakin hər iki kollektiv meydanda on bir nəfərlə mübarizə aparacaq. İnanıram ki, Qurban Qurbanov İngiltərə təmsilçisini təəccübləndirmək üçün düzgün taktika seçəcək".
Qeyd edək ki, sentyabrın 26-da Londondakı “Tottenhem Hotspur” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
- Azərbaycanda vəzifəli şəxs cərimələndi
- “Qarabağ”ın Avropa Liqasındakı rəqibi onlardır - Yenilənib
- Hərbçilərimiz "Qafqaz Qartalı - 2026" təlimində... - Foto
- Bu reys dostluq və əməkdaşlığın növbəti rəmzi olacaq - Manizadə
- Xüsusi təyinatlılar bir araya gəldi - Qafqazda mühüm gün+Fotolar
- Məşhur bloger Anar Ələkbərova görün nə hədiyyə etdi - Video
- Füzulidə bu təsərrüfatlara infotur təşkil edildi
- FHN Muğan regionunda taktiki-xüsusi təlim keçirdi - Video