Qusarda yataqxanada yanğın olub.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 m² olan 4 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 35 m² sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5-i uşaq olmaqla 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
- DYMX "açıq qapı" tədbiri keçirdi
- Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- Veysəloğlu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirdi
- Əməliyyat: Yetkinlik yaşına çatmayan qız saxlanıldı - Video
- "Bakcell" bu tədbirin əsas tərəfdaşı oldu
- Xanımının vəfatından sonra ölkədən getmişdi - 94 yaşını xəstəxanada qeyd edir
- Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
- Lənkəranda regional müşavirə keçirildi - Foto