Bəzi avropalı anti-Azərbaycan deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində ölkəmizlə bağlı müzakirələrin aparılmasını istəyib.
BUTA.TV xəbər verir ki, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin sədri Givi Mikanadze buna etirazını bildirib.
“Avropa Şurası Parlament Assambleyasının dəyərlərinə uyğun olaraq, hesab edirəm ki, bütün tərəflərin burada olması, iştirak etməsi və yeni seçilmiş parlamentlə birbaşa əlaqələrin qurulması imkanlarını müzakirə etmək lazımdır. Ona görə də mən verilən təklifi şübhə altına almaq istərdim”, - Mikanadze deyib.
O, AŞPA-nı dialoq prinsipinə riayət etməyə çağırıb.
- Bakıda dəhşət: Arvadını, qayınanasını və özünü öldürdü
- Nazirlik Hidayət Orucovun ölümü ilə bağlı başsağlığı verdi
- Ağdamda ildırım mağazanı yandırdı
- “O özü səninlə əlaqə saxlayacaq” - Ümumilli Liderin nadir görüntülərindən biri +Video
- Bu rayonlara yağış yağır – Faktiki hava
- Türkiyə ilk oyununda məğlub oldu - Video-Yenilənib
- DİN-dən "Son zəng"lə bağlı məlumat...
- Tramp ad günündə müqaviləni imzalamaq istəyir - SEPAH