30 sentyabr - Vətən müharibəsinin 4-cü günü...
BUTA.TV “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, əks-hücum əməliyyatının başlandığı dörd gün ərzində düşmənin ümumilikdə 2300-dən artıq canlı qüvvəsi məhv edilib.
Qaraxanbəyli istiqamətində bütün nəzarətin ordumuzda olmasını düşmən qəbullanmaq istəmirdi.
Kənd uğrunda yenidən saatlarla davam edən döyüş başlayır.
Mühəndis-istehkam bölmələrinə isə Füzuli cəbhəsində bu istiqamətin ən çətin sədlərindən biri olan və "40 metr" kimi tanınan ərazinin açılması üçün tapşırıq verilir.
Keçid açmaq üçün tətbiq edilən ən yeni vasitələr isə Ermənistan hərbçilərini çaşbaş salır.
Sentyabrın 30-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın hərbi təxribatları zamanı yaralanan və Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan hərbçilərlə görüşürlər. Dövlət başçısı vətən uğrunda döyüşən qəhrəmanlara təşəkkür edir.
İlk 4 gündə Ermənistan ordusunun 130-dək zirehli, 55-dən çox avtomobil texnikası, 200-dən artıq artilleriya qurğuları məhv edili. Təkcə sentyabrın 30-da isə 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb.
- Bakıda dəhşət: Arvadını, qayınanasını və özünü öldürdü
- Nazirlik Hidayət Orucovun ölümü ilə bağlı başsağlığı verdi
- Ağdamda ildırım mağazanı yandırdı
- “O özü səninlə əlaqə saxlayacaq” - Ümumilli Liderin nadir görüntülərindən biri +Video
- Bu rayonlara yağış yağır – Faktiki hava
- Türkiyə ilk oyununda məğlub oldu - Video-Yenilənib
- DİN-dən "Son zəng"lə bağlı məlumat...
- Tramp ad günündə müqaviləni imzalamaq istəyir - SEPAH