Bu gün səhər saatlarında Ağdaş-Qəbələ avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BUTA.TV xəbər verir ki, VAZ 21015 markalı avtomobil Qəbələ rayonunun Soltannuxa kənd ərazisindən Əmili kənd istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı beton su kanalına düşüb.
Qəza nəticəsində avtomobildə olan bir nəfər hadisə yerində dünyasını dəyişib, digəri isə ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə yaralı şəxs Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırmalar aparılır.
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video