Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib.
BUTA.TV modern.az-a istinadla xəbər verir ki, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini Ramiz Mehdiyev olub. Beləliklə, Ramiz Mehdiyevin tutduğu vəzifə ləğv edilib.
O, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibində sadəcə adi üzv olub.
Qeyd edək ki, Ramiz Mehdiyev 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. O, 2019-cu ildə vəzifəsindən azad edilib. Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini tutub.
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi
- Nazir Sabirabadda kombayn sürdü - Fotolar
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video