2024-cü ildə Azərbaycanda yeni doğulan 1 uşağa Atatürk adı qoyulub.
BUTA.TV xəbər verir ki, Modern.az bu barədə Ədliyyə Nazirliyindən məlumat əldə edib.
Bu, son 10 ildə Azərbaycanda Atatürk adı verilən ilk körpədir.
Qeyd edək ki, Azərbaycanda rəsmi qurumlar uzun müddət yeni doğulan körpələrə Atatürk adınının qoyulmasını yasaqlamışdı. Ümumiyyətlə, 2014-cü ildən bəri buna icazə yox idi. Bu qadağa qeyri-rəsmi tətbiq olunurdu.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bunu onunla əsaslandırmışdı ki, Türkiyə hökuməti illər öncə Azərbaycan tərəfinə müraciət edəndən sonra bu adın verilməsinə qadağa qoyulub.
Həmin müraciətdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün tarixi şəxsiyyət olması səbəbindən ona hörmət əlaməti olaraq bu adın yeni doğulanlara verilməməsi xahiş olunmuşdu.
Görünür, qeyri-rəsmi qadağa artıq aradan qalxıb.
- Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
- Ərdoğan Xankəndiyə səfər edəcək
- Paşinyan Türkiyədən dönən kimi həbslərə başladı: Nə baş verir?
- Fransa səfiri Qarabağa dəvətsiz gedibmiş...
- Dəhşətli qəzada ölən 26 yaşlı Elçinin fotosu
- Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır - FOTOLAR
- Avropanın ən güclü ordusu olmalıyıq, çünki Rusiya...
- Əhmədzadələrin toxunulmazlıq tilsimi qırıldı: Növbədə kimdir?