Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 70-75 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.
- 80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın fərqi...
- Mehdiyevin ailə bankı BOKT oldu
- Bakıda kişi faciəli şəkildə öldü
- Son zəngə saatı qurmaq...
- İqlimi dəyişdirən gizli texnologiyalar...
- Bakıda koreyalı atanın məzun övladını dediyi sözlər... - Video
- Oyun kimi başlamışdı... - Xoş xatirəyə çevrildi - Fotolar
- Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı...