Bu həftə ərzində Rusiya hərbçiləri 12 yaşayış məntəqəsini nəzarətə götürüb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bir həftə ərzində “Mərkəz” qüvvələri qrupunun bölmələri düşmən müdafiəsinin dərinliklərinə doğru irəliləyərək Donetskin Selidovo, Qornyak, Çukurino, Leonidovka və İzmailovka yaşayış məntəqələrini ələ keçiriblər. Və bu həftə “Şərq” qoşun qrupları Dobrovolye, Novoukrainka, Şaxtyorsk və Yasnaya Polyana yaşayış məntəqələrini tutublar. “Qərb” qüvvələri qrupunun bölmələrinin hərbi qulluqçuları Xarkov vilayətinin Kruqlyakovka kəndini, “Cənub” qoşunlar qrupunun bölmələri Aleksandropol və Katerinovkaya nəzarəti ələ keçirib”, - məlumatda deyilib.
- Bakıda kişi faciəli şəkildə öldü
- Son zəngə saatı qurmaq...
- İqlimi dəyişdirən gizli texnologiyalar...
- Bakıda koreyalı atanın məzun övladını dediyi sözlər... - Video
- Oyun kimi başlamışdı... - Xoş xatirəyə çevrildi - Fotolar
- Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı...
- Polşada azərbaycanlı sürücüyə hücum - Foto
- Bakıda 76 yaşlı kişi yıxılaraq öldü