BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk 4 günündə 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq.
BUTA.TV xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, sabahdan hər bir marşrut dəyişikliyi ilə bağlı məlumatlar paylaşılacaq:
"Bu məlumatlarda maşrutlar üzrə hərəkəti dayandırılan avtobusların və altenativ marşrutlar göstəriləcək. Bütün məlumatları bir dəfəyə paylaşıb çaşqınlıq yaratmaq istəmirik. Bu səbəbdən məlumatları hissə-hissə paylaşmağa üstünlük veririk".
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik