Ermənistanın İctimai radiosunun binasında Azərbaycanın vaxtını göstərən saatın olması yenidən erməni radikallarına yaxın olan medianın hədəfinə çevrilib.
BUTA.TV xəbər verir ki, mövzunun gündəmə gəlməsinə səbəb 29 oktyabrda Ermənistan parlamentində İctimai radionun rəhbərinin bu yöndən suala verdiyi cavab olub.
Direktordan “radionun binasında niyə Azərbaycanın vaxtını göstərən saat asdığını” soruşduqda, o deyib: “Kim dedi ki, Azərbaycan bizim düşmənimizdir? O saat kimi narahat edir?"
Erməni radikal mediası bunu azərbaycanlıların xoşuna gəlmək üçün edilən jest və “xəyanət” adlandırıb, eyni zamanda bildiriblər ki, bu, sülh sazişindən sonra Ermənistanın “qapılarının” türklərin və azərbaycanlıların üzünə açılacağının anonsudur.
- Bakıda kişi faciəli şəkildə öldü
- Son zəngə saatı qurmaq...
- İqlimi dəyişdirən gizli texnologiyalar...
- Bakıda koreyalı atanın məzun övladını dediyi sözlər... - Video
- Oyun kimi başlamışdı... - Xoş xatirəyə çevrildi - Fotolar
- Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı...
- Polşada azərbaycanlı sürücüyə hücum - Foto
- Bakıda 76 yaşlı kişi yıxılaraq öldü