Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
BUTA.TV xəbər verir ki, təqdimat Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən edilib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Xatırladaq ki, Orxan Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 1-də imzaladığı sərəncama əsasən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
- Bakıda kişi faciəli şəkildə öldü
- Son zəngə saatı qurmaq...
- İqlimi dəyişdirən gizli texnologiyalar...
- Bakıda koreyalı atanın məzun övladını dediyi sözlər... - Video
- Oyun kimi başlamışdı... - Xoş xatirəyə çevrildi - Fotolar
- Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı...
- Polşada azərbaycanlı sürücüyə hücum - Foto
- Bakıda 76 yaşlı kişi yıxılaraq öldü