3 il əvvəl fəalliyyətini dayandıran bağça 4-cü dəfədir ki, yanır.
BUTA.TV xəbər verir ki, Mingəçevirin Puşkin küçəsində yerləşən, hazırda istifadəsiz olan 8 saylı körpələr evi-uşaq bağçasında noyabrın 3-də yanğın hadisəsi qeydə alınıb.
Qəfildən alovlanan binanın birinci mərtəbəsində başlayan yanğını söndürmək mümkün olmadığından hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Yanğınsöndürmə briqadası bağçanın ərazisində başlayan yanğını lokallaşdıraraq onun ətraf ərazilərə yayılmasına imkan verməyib. Sakinlər iddia edirlər ki, sözügedən təhsil müəssəsində yanğınlar qəsdən törədilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Xəzər Xəbər"ə bildirilib ki, Mingəçevirdə yerləşən 8 saylı körpələr evi-uşaq bağçasında qeydə alınan yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
- Polşada azərbaycanlı sürücüyə hücum - Foto
- Bakıda 76 yaşlı kişi yıxılaraq öldü
- Bakıda restoranın dolabından beş min dollar oğurlandı
- Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı - Foto
- Gəncədə faciə: kişi tut ağacından yıxılıb öldü
- Sabah hava necə olacaq?
- "Son zəng"də səsləndirilən mahnılar... - Nazirdən maraqlı reaksiya
- Su polisi qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxladı