Deputat Aqil Abbasın bir neçə gün öncə Milli Məclisin iclasında Xocalıya köçən ailələrə icarəyə torpaq verilməsinə dair təklifi müzakirələrə səbəb olub. Deputatın çıxışından sonra bu mövzuda dəyişiklik olubmu?
BUTA.TV xəbər verir ki, Globalinfo.az-a danışan Aqil Abbas çıxışından sonra ona arayışın təqdim olunduğunu deyib.
“Yeni qəbul olunan qanun dediklərimi əks etdirir. Bundan sonra hər bir qarabağlı da torpaq icarəyə götürə biləcək. Bu, qanunda da belədir. Qarabağ təkcə qarabağlılar üçün deyil, bütün azərbaycanlılar üçündür. Kimin imkanı varsa, istər ağdamlı, istər xocalılı, istərsə də hər hansı Azərbaycan vətəndaşı investisiya yatıra bilər. Buna heç bir qadağa yoxdur”, - o bildirib.
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik
- Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar