Gəncə şəhərində üç mənzildən ümumilikdə təqribən 61 min manatlıq qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
BUTA.TV xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə mənzillərdən birindən 20 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş Gülşad Ağasıyev saxlanılıb.
Araşdırmalar zamanı G.Ağasıyevin daha iki mənzildən 41 min 500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi
- Nazir Sabirabadda kombayn sürdü - Fotolar
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video