Bakıda kişi asma körpüyə çıxaraq intihar niyyətini nümayiş etdirib.
“BUTA.TV” xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində - “Koroğlu” nəqliyyat qovşağında baş verib. Naməlum şəxs körpünün asma hissəsinə çıxaraq özünü oradan atacağını bildirib.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb: “Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək aidiyyəti üzrə təhvil verilib”.
- "Son zəng"də səsləndirilən mahnılar... - Nazirdən maraqlı reaksiya
- Su polisi qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxladı
- Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi - Video
- Polad Həşimovun oğlu da məzun oldu - Foto
- Prezident Kral III Çarlzı təbrik etdi
- DYP-dən sürücülərə müraciət
- Bu gün məzun olan şəhid övladları - Siyahı
- Bu ərazilərə yağış yağır