8 Noyabr- Zəfər Günü ilə bağlı Şuşada tədbirlər keçiriləcək, atəşfəşanlıq olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Şuşa Şəhəri Qoruq İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, Zəfər Günü ilə əlaqədar Bayraq Meydanının qarşısından Şuşa Qalasına qədər hərbi yürüş baş tutacaq.
Tədbir çərçivəsində məktəb şagirdlərinin ifasında bayram nümayişi olacaq, həmçinin sakinlərin, uşaq, yeniyetmə və gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxış olacaq. Bundan əlavə, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasının nümayişi olacaq, həmçinin konsert təşkil olunacaq.
Zəfər Günü atəşfəşanlıqla başa çatacaq.
- Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi - Video
- Prezident Kral III Çarlzı təbrik etdi
- DYP-dən sürücülərə müraciət
- Bu gün məzun olan şəhid övladları - Siyahı
- Bu ərazilərə yağış yağır
- 4 min əcnəbi Piterdən çıxarıldı: azərbaycanlılar da var
- Nazir məzunlarla “Yallı” oynadı - Video
- AZAL Naxçıvana reysləri bərpa etdi