Müdafiə Nazirliyinin rəhbər heyəti və Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu noyabrın 7-də Zəfər günü münasibəti ilə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət edib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsi önünə qızılgül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə qızılgüllər düzüb, xatirəsini hörmətlə anıb.
Sonra Şəhidlər xiyabanı ziyarət olunaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarlarına və “Əbədi məşəl” abidəsinin önünə tər gül dəstələri qoyulub.
Daha sonra Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyət İkinci Şəhidlər xiyabanına gəlib.
Burada hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək ruhları dərin hörmət və ehtiramla anılıb.
Şəhid ailələri və yaxınları ilə görüşərək çay süfrəsi arxasında səmimi söhbət aparan müdafiə naziri general-polkovnik Zakir Həsənov onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
- Azərbaycanla sülhün olması o demək deyil ki... - Paşinyan
- Prezident Maqdalena Qrononu qəbul etdi - Foto
- Bakı və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident