Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
BUTA.TV xəbər verir ki, mətndə ölkənin suverenliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordunun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi önə çəkilməsi Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir:
"Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında respublikanın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan nailiyyətlər, uğurlu döyüş əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirdi və 8 Noyabr - Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu işğal altında qalmış tarixi torpaqlarımızı azad etdi. Ölkə başçısının müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi".
Təbrikdə qeyd olunub ki, bu gün Azərbaycan Ordusu Dövlət Bayrağının dalğalandığı ərazilərdə bərpa-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsinə, o cümlədən Böyük Qayıdışa layiqli töhfə verir:
"Əminəm ki, Azərbaycan Konstitusiyasına, hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız".
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik
- Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar
- Jirinovskinin inanılmaz proqnozları: ABŞ-Rusiya belə razılaşır
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı - Qərar
- Putinin mətbuat konfransında xəritə mesajı - Foto