Qobustan Milli Tarix-Bədii Qoruğunda Vətən Müharibəsindəki Şanlı Qələbəmizin 4-cü ildönümü münasibətilə bayram tədbiri keçirilib.
BUTA.TV xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Adil Kərimli şəhid ailələri və qazilərlə görüşüb. Şəhid ailələri və qazilər qarşısında çıxışı zamanı Nazir qeyd edib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və şanlı ordumuzun qüdrəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, noyabrın 8-i xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.
Bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdış davam edir. Tarixi abidələrimiz bərpa olunur. Biz bu tarixi Zəfərimiz üçün torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən, al qanlarıyla tarix yazan şəhidlərimizə borcluyuq.
Bayram münasibətilə şəhid ailələri və qaziləri təbrik edən nazir onlarla xatirə şəkli çəkdirib.
Sonra tədbir iştirakçıları əl işlərindən ibarət sərgiyə baxış keçirib.
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video
- “ABŞ-ni sevirik, amma ona tabe deyilik” - Saziş haqda danışdı
- Bəzi rayonlara intensiv yağış yağır
- Blogerin bacısı qəzada öldü - Foto