Venesuela Prezidenti Nikolas Maduro Kazanda keçirilən BRİCS sammiti ilə bağlı təəssüratını bölüşüb.
“BUTA.TV” “Kommersant”a istinadən xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putini ulduz futbolçu Kristiano Ronaldo ilə müqayisə edib. Maduro bildirib ki, Putin siyasətdə Ronaldo kimi “bombardir instinkti”nə malik ulduzdur:
“Şübhəsiz ki, siyasi dildə deyə bilərik: Prezident Vladimir Putin beynəlxalq siyasətin ulduzudur. Kazanda keçirilən BRİCS tarixi sammitində böyük uğur əldə edildi. O, anadangəlmə bombardirdir, Kriştiano Ronaldo kimi, qol vurma instinkti var”.
Xatırladaq ki, BRİCS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilib
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video
- “ABŞ-ni sevirik, amma ona tabe deyilik” - Saziş haqda danışdı
- Bəzi rayonlara intensiv yağış yağır
- Blogerin bacısı qəzada öldü - Foto
- Flora Kərimovanın vəziyyəti - Açıqlandı