Azərbaycan Prezidenti İlham Əliyevlə iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq, Serbiyada qaz elektrik stansiyasının tikintisi ilə bağlı məsələləri müzakirə etdik.
BUTA.TV xəbər verir ki, bu barədə iqlim konfransının açılışına gələn Serbiya Prezidenti Aleksandr Vuçiç jurnalistlərə açıqlamasında bildirib.
“İndicə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Dəvətinə və qonaqpərvərliyinə görə ona dərin minnətdarlığımı bildirirəm. Biz COP ilə bağlı bəzi mühüm məsələləri müzakirə etdik və Serbiyada qaz elektrik stansiyasının tikintisi ilə bağlı müzakirələrə başladıq. Hər iki ölkə Serbiyanın cənubunda yerləşən Nij şəhərindəki bu qaz elektrik stansiyasının səhmdarları ola bilər. Reallaşdıra bilsək, bu, sıx əməkdaşlığımızda daha bir mühüm addım olacaq”, - o deyib.
Serbiya liderinin sözlərinə görə, bu layihə onun ölkəsi üçün çox vacibdir:
“Azərbaycan artıq Serbiyaya qaz tədarük edir. Bizimlə yeni layihədə iştirak etməyə hazır olduqları üçün Azərbaycandan olan dostlarımıza təşəkkür edirik.
Son bir ildə ticarət dövriyyəsinin səviyyəsini 5 il əvvəlki ilə müqayisədə uğurlu şəkildə, 30 dəfə artırmışıq və bu, misilsizdir. Özümü Azərbaycanda, Bakıda həqiqətən də evimdəki kimi hiss edirəm və gələn ilin yayında ölkənizə yenidən gələcəyimə ümid edirəm”.
- Emin Əmrullayev bu şəhərdə "Son zəng" mərasiminə qatıldı
- Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı - Foto
- Şuşada TDT ölkələrinin forumu başladı
- 18 yaşlı gənc ağır qəza törətdi: ölən var
- O məktəbdə ilk “Son zəng” təkcə onun üçün çalınacaq - Fotolar
- Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü - Anbaan görüntülər
- Ronaldonu görəndə göz yaşlarını saxlaya bilmədi - Video
- Tramp Əraqçinin postunu paylaşdı - Foto