Hər dəfə Müdafiə Nazirliyinin məsul şəxsləri ilə mübahisə edirəm, çünki hərbi sektor, xüsusən də silah satışı məxfilik tələb edir.
BUTA.TV xəbər verir ki, bu sözləri noyabrın 13-də Ermənistan parlamentində çıxış edən “Ermənistan” fraksiyasının deputatı Geqam Manukyan deyib.
O bildirib ki, Ermənistan Silahlı Qüvvələri Hindistanın reklam lövhəsinə çevrilib:
“Hər gün media yazır ki, bu raket Ermənistana göndərilib. Yaxşı, müqavilə bağlayarkən yazmaq mümkün deyil ki, bütün dünyada olduğu kimi, bu barədə dərc etmək qadağandır? Hindistan mətbuatı yazır, erməni mətbuatı isə onu yenidən tirajlayır”.
Qeyd edək ki, ötən gün Hindistanın “Akaş” (Akash) zenit raket kompleksinin ilk batareyasını Ermənistana göndərdiyi haqda məlumat yayılmışdı.
- Emin Əmrullayev bu şəhərdə "Son zəng" mərasiminə qatıldı
- Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı - Foto
- Şuşada TDT ölkələrinin forumu başladı
- 18 yaşlı gənc ağır qəza törətdi: ölən var
- O məktəbdə ilk “Son zəng” təkcə onun üçün çalınacaq - Fotolar
- Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü - Anbaan görüntülər
- Ronaldonu görəndə göz yaşlarını saxlaya bilmədi - Video
- Tramp Əraqçinin postunu paylaşdı - Foto