İqlim dəyişiklikləri Cənubi Qafqaz ölkələrində hər il təxminən 100 milyon ABŞ dollarından çox itkiyə səbəb olur.
BUTA.TV xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays COP29 çərçivəsində keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” adlı tədbirdə bildirib.
“Dekarbonizasiya bu ölkələrdə üç əsas sahədə çətinliklərlə üzləşir. Bərpa olunan enerji imkanları tam istifadə edilmir, nəqliyyat və isitmədə isə ənənəvi enerji mənbələrinə üstünlük verilir. Bu isə iqlim dəyişikliyi ilə mübarizədə əngəl yaradır. Dünya Bankı olaraq biz iqtisadiyyatın diversifikasiyasını və dözümlülüyünü təşviq edirik və hava çirklənməsinin azalmasının faydalarını vurğulamağa çalışırıq. Bu, ölkələrin həm iqtisadi maraqlarına, həm də sağlam gələcəyinə xidmət edir”, - deyə o qeyd edib.
R.Prays əlavə edib ki, regionda iqlim dəyişikliyi ilə bağlı iki əsas problem mövcuddur: bacarıq çatışmazlığı və iqlim maliyyəsinə çıxışın məhdud olması.
“Xüsusilə kiçik bələdiyyələr bu layihələr üçün maliyyə resursları tapmaqda çətinlik çəkir. Eyni zamanda, bu proqramların hazırlanması üçün kifayət qədər mütəxəssis yoxdur. Maliyyələşməni artırmaq üçün qrant resurslarının ayrılması vacibdir, xüsusilə də büdcəsi məhdud olan hökumətlərin layihələrini həyata keçirməsi üçün”, - deyə Dünya Bankının regional direktoru vurğulayıb.
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident