Qafqazda ilk dəfə iqlimlə bağlı beynəlxalq konfrans keçirilir, bu, Azərbaycanın siyasi və diplomatik gücünə dəlalət edir. Yəni hazırda regionda Bakının mövqeyi daha güclüdür”.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu rusiyalı ekspert Stanislav Tarasov deyib.
O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın COP29-da iştirak üçün Bakıya səfərinin gözlənildiyini, lakin bunun baş tutmadığını bildirib:
“Mirzoyan Azərbaycana yox, konfransın açılışı günü İsveçə getdi. İndi ABŞ-da da Donald Tramp prezident seçilib. Lakin o hakimiyyətə gəldikdən sonra əsas gündəmi Qafqaz olmayacaq. Tramp üçün prioritet Ukrayna müharibəsi, Avropa və Yaxın Şərqdir, Qafqaz sonda gəlir. Hazırkı prosesə əsasən amerikalıların regiondan geri çəkiləcəyini demək olar.
Ermənilər hər zaman olduğu kimi yenə doğru qərar verməkdə gecikdilər. Bakı İrəvandan 2-3 addım irəlidədir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bütün bu prosesləri detallı şəkildə hesablayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan isə Fransa Prezidenti Emmanuel Makronun qərarlarını gözləyir. İrəvan anlamır ki, Avropa hazırda böhran içindədir, ermənilərə nə faydası ola bilər?”
Tarasov Rusiya Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik təklifini dəstəklədiyini bildirib:
“Moskva özü də Tbilisiyə deyir ki, hərəkətə keçsin. Donald Trampın çevrəsindən sızan məlumatlara görə ABŞ Qafqazı tərk edəcək, buranı Rusiyaya buraxacaq. Lakin Moskva bunu istəmir. Biz Gürcüstan, Ermənistan, yaxud başqa ölkə ilə əlaqədar olmaq istəmirik. Qafqaz Rusiya üçün gərginlik mənbəyi olmamalıdır. Bu regionda sakitlik bizim üçün vacibdir. Bakı və İrəvan arasında sülh müqaviləsinin də yaxın günlərdə deyil, təxminən yazda imlanacağını düşünürəm”.
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident