Prezident İlham Əliyev ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranların 10 ildən 15 ilədək azadlıqdan məhrum edilməsini təsdiqləyib.
BUTA.TV xəbər verir ki, dövlət başçısı bununla bağlı Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Belə ki, Cinayət Məcəlləsinə “Ekosid” anlayışı əlavə edilib və bu cinayəti törədən şəxslər qanun çərçivəsində məsuliyyətə cəlb olunacaq. Dəyişikliklə bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda – on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
- İranda müharibə nə qədər davam edəcək?
- Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?
- Qanunsuz söküntü: Ekskavator sürücüsü azadlığa buraxıldı
- Prezident Goranboya getdi
- İran televiziyasında Azərbaycana hücum çağırışı - Video
- ABŞ Bakıdakı bu tədbiri təxirə saldı
- Elçibəyin İsrail-Azərbaycan münasibətləri barədə tarixi çıxışı
- ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi