Əlbəttə, hesab edirəm ki, Rusiyanın (nüvə doktrinasının yenilənməsi ilə bağlı) bu qərarı, ilk növbədə, adi silahlardan istifadə ilə bağlı ona qarşı ifadə edilən mövqeyə cavab olaraq atılan bir addımdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan G20 sammiti üçün səfər etdiyi Rio-de-Janeyroda keçirdiyi mətbuat konfransında deyib.
“Hesab edirəm ki, bu məsələyə NATO-dakı rəsmilər baxmalıdır. Rusiyanın özünü müdafiə etmək və özünü qorumaq üçün tədbirlər görmək imkanı olmalıdır və var. Və bu tədbirləri görməli idi. Necə ki, biz NATO ölkələri özümüzü qorumalı və bunun üçün addımlar atmalıyıq”, - o bildirib.
Ərdoğan xatırladıb ki, həm Rusiya, həm də Ukrayna Türkiyənin qonşusudur:
“İndiki mərhələdə biz onlarla ikitərəfli münasibətlərimizi qorumalıyıq. Ümid edirəm ki, biz Ukrayna ilə Rusiya arasında ən qısa zamanda yekun atəşkəsə nail olacağıq və planetin gözlədiyi sülhü təmin edəcəyik”.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin bu gün yenilənmiş nüvə doktirinasını təsdiqləyib.
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident