“Sertifikatlaşdırma prosesindən uğurla keçmiş 55 min müəllimin maaşı artırılıb. 38 min nəfərdən çox müəllimin əməkhaqqına 10 faiz, 17 mindən çox müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib”.
“BUTA TV” Unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Nəticədə əməkhaqqına 10 faiz əlavə tətbiq edilmiş müəllimlər üzrə orta aylıq əməkhaqqı 980 manat, əməkhaqqına 35 faiz əlavə tətbiq olunmuş müəllimlər üzrə orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib. Ümumilikdə sertifikatlaşdırma çərçivəsində əməkhaqqı əlavələri üçün 154,4 milyon proqnozlaşdırılıb”, – deyə nazir bildirib.
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident
- Zəngəzur dəhlizi İrandakı Şimal dəhlizinə dəstək olacaq
- Türkiyə ilə İsrail arasında münasibətlər daha gərgindir
- Əliyev Şara ilə görüşdündən danışdı
- Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb
- Torpağımızda bir nəfər də rus əsgəri yoxdur