“Rusiya eskalasiyaya qətiyyətli şəkildə cavab verəcək”.
“BUTA.TV” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib. Onun sözlərinə görə, Ukraynanın Qərbin uzaqmənzilli raketlərindən istifadə etməsi xüsusi hərbi əməliyyat zonasında gedən döyüşlərin gedişatına təsir etməyəcək.
Dövlət başçısı bildirib ki, ABŞ münaqişəni qızışdırmaqla səhvə yol verir və Rusiyanın sonrakı addımları qarşı tərəfin hərəkətlərindən asılı olacaq.
“Biz indi bütün mübahisəli məsələləri sülh yolu ilə həll etməyə hazırıq, lakin hadisələrin istənilən inkişafına da hazırıq”, - Rusiya lideri xəbərdarlıq edib.
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident
- Zəngəzur dəhlizi İrandakı Şimal dəhlizinə dəstək olacaq
- Türkiyə ilə İsrail arasında münasibətlər daha gərgindir
- Əliyev Şara ilə görüşdündən danışdı
- Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb
- Torpağımızda bir nəfər də rus əsgəri yoxdur