Qırğızıstan Prezidenti Sadır Japarov "Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərə görə vergilərin ikiqat tutulmasının aradan qaldırılması, vergilərdən yayınmanın və vergitutmadan yayınmanın qarşısının alınması haqqında Saziş"in ratifikasiyası barədə qanunu imzalayıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, sənəd Qırğızıstan Prezidentinin saytında dərc edilib.
Saziş 2024-cü il aprelin 24-də Bakıda imzalanıb və oktyabrın 23-də Qırğızıstan parlamenti tərəfindən ratifikasiya edilib.
Administrasiyanın məlumatına görə, sazişdə bir dövlətin rezidentlərinin digər razılığa gələn dövlətdə ayrı-seçkilik xarakterli vergilərdən qorunması; vergidən yayınmanın və sazişin müddəalarından sui-istifadənin qarşısının alınması; sazişin şərtlərinə əməl olunmasını təmin etmək üçün iki dövlətin səlahiyyətli orqanları arasında qarşılıqlı məlumat mübadiləsi nəzərdə tutulur.
Ümumilikdə saziş Azərbaycan və Qırğızıstan arasında vergi qanunvericiliyinə vahid yanaşma formalaşdırır, eləcə də Qırğızıstan iqtisadiyyatının müxtəlif sahələrinə xarici investisiyalar üçün əlverişli şərait yaradır.
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident
- Zəngəzur dəhlizi İrandakı Şimal dəhlizinə dəstək olacaq
- Türkiyə ilə İsrail arasında münasibətlər daha gərgindir
- Əliyev Şara ilə görüşdündən danışdı
- Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb
- Torpağımızda bir nəfər də rus əsgəri yoxdur