Son günlər Ermənistana xüsusilə Hindistandan müxtəlif növ hərbi texnikanın tədarükü və yeni hərbi müqavilələrlə bağlı yayılan məlumat və görüntülər Ermənistan Müdafiə Nazirliyini narahat edib.
BUTA.TV xəbər verir ki, Ermənistan MN medianı “silahlı qüvvələrinin müdafiə qabiliyyətinin genişləndirilməsi məqsədilə silahların alınması, eləcə də satınalma danışıqlarının təfərrüatı ilə bağlı həqiqətə uyğun olmayan” materialların yayımlanmasından çəkinməyə çağırıb.
“Müdafiə Nazirliyi informasiya təhlükəsizliyini qorumaq məqsədilə bir daha bu cür materialları dərc etməzdən əvvəl Müdafiə Nazirliyi ilə müvafiq dəqiqləşdirmə və düzəlişlər etməyə çağırır”, - bəyanatda bildirilib.
Qeyd edək ki, sonuncu dəfə 21 noyabrda Ermənistanın Hindistandan daha 78 ədəd ATAGS haubitsaları alması üçün danışıqlar aparıldığı barədə Hindistan mediası məlumat yaymışd.
Ermənistan bundan öncə 6 ədəd ATAGS tədarük edib və sınaqlardan keçirib.
- Tramp Əraqçinin postunu paylaşdı - Foto
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu