Türkiyə Azərbaycana qarşı tənqidi yazılar yazan ermənipərəst jurnalist Nil Hauerin ölkəyə girişinə icazə verməyib.
BUTA.TV xəbər verir ki, məlumatı kanadalı jurnalist sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, dünən İrəvandan İstanbula gəlib, lakin ona “qara siyahı”da olduğu deyilib və geri, İrəvana qaytarılıb.
Jurnalist yazıb ki, bu qadağanı mübahisələndirəcək. Lakin o, qadağanın “Azərbaycanı tənqid etməsi və Qarabağdakı hadisələrlə bağlı ermənipərəst mövqedən yazılar paylaşması ilə əlaqədar ola biləcəyini” istisna etməyib.
Qeyd edək ki, Nil Hauer sonuncu dəfə COP29-un Azərbaycanda keçirilməsini tənqid edən bir paylaşım edib və ölkəmizi “Qarabağda etnik təmizləmələr aparmaqda” ittiham edib.
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi