Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilir ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
- Bakı, Aşqabad və Daşkənd üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir
- Paşinyan Bakı ilə razılaşmadan danışdı
- Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
- KİV: İrəvan Bakı qarşısında silahlarla bağlı öhdəlik götürüb
- Azərbaycan “Qızıl qapı”nı azad etdi - Türk politoloqdan şok
- “Sədərək”də yanğın gecə saatlarında şiddətləndi - Video
- Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu
- Paşinyandan Qarabağla bağlı üç etiraf...