Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında danışıb.
O qeyd edib ki, bu gün TDT liderləri gələcəyə baxan və hərtərəfli sənədi imzalamaqla növbəti əməkdaşlıq mərhələsi üçün ortaq baxışı rəsmiləşdirdilər:
“Sənəd gücləndirilmiş ticarət, gömrük prosedurlarının uyğunlaşdırılması və Orta Dəhlizlə Transxəzər marşrutları boyunca müasir infrastrukturun inkişafı vasitəsilə regional iqtisadi inteqrasiyanı həyata keçirmək üçün konkret yol xəritəsi təqdim edir”.
- Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu