TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Özbəkistanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna (TÜRKSOY) qoşulması ilə bağlı qərar qəbul edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, bu da mədəni əlaqələrin gücləndirilməsi və Avrasiya dünyasının zəngin və rəngarəng irsinin qorunması, təşviqi və inkişaf etdirilməsi istiqamətində mühüm addımdır:
"Eyni zamanda TDT Xarici İşlər Nazirləri Şurası Budapeştdəki nümayəndəliyinin icraçı direktoru vəzifəsinə təyinatla bağlı qərarı da təsdiqləyib. Bu nümayəndəlik Avropa tərəfdaşlarımızla əməkdaşlığın, koordinasiyanın və əlaqələrin gücləndirilməsində əhəmiyyətli rol oynayıb. Daha sonra dövlət başçıları Əfqanıstanla bağlı bəyanatı təsdiqlədilər. Bu da Türk Dövlətləri Təşkilatının Əfqanıstandakı dəyişən vəziyyətlə bağlı vahid mövqeyini və əlaqələndirilmiş yanaşmasını əks etdirir. Biz regional sülhə, sabitliyə və humanitar dəstəyə töhfə vermək öhdəliyimizi bir daha təsdiqləyirik”.
- İlbər Ortaylıdan etiraf: Biz azərbaycanlıları görmürdük
- Kürə atılan 16 yaşlı Nuranənin toy görüntüləri - Video
- Orban Əliyev və digər liderlərə belə təşəkkür etdi - Video
- Prezidentin X hesabında Budapeşt səfərindən video yayıldı
- İsrail-Türkiyə Bakı görüşündən sonra "qaynar xətt" yaratdı
- İlham Əliyevin Budapeşt səfəri başa çatdı
- Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan
- Paşinyanın imzaladığı sülh sazişini ləğv edə biləcəyikmi?