Ermənistan hökuməti Araz çayının yatağından çay qumunun çıxarılmasını qadağan edir.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, “Ermənistan Respublikasında Yerin təki Məcəlləsinə dəyişikliklər və əlavələrin edilməsi haqqında” və “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihələri təsdiq olunub.
Yerin təki Məcəlləsi ilə sərhədyanı çayların məcrasından çay qumunun çıxarılması qadağan edilib və pozuntulara görə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş minumum əmək haqqının iyirmi misli miqdarında cərimə tətbiq olunub.
Ermənistan mediası yazır ki, hökumətin bu qərarının məqsədi Araz çayının təkindən çay qumunun çıxarılmasının qarşısını almaqdır. Erməni KİV-lər bu qərarı Azərbaycanın tələbinin qəbul edilməsi kimi təqdim edib.
Azərbaycan Ermənistanın regionda törətdiyi ekoloji fəlakətlərin qarşısının alınması istiqamətində işləyir. Araz çayının çirkləndirilməsi və çay qumunun çıxarılması da belə ekosid aktlarından biridir. Çay qumunun çıxarılması çayın məcrasının dəyişməsinə səbəb olur ki, bu da bütövlükdə Cənubi Qafqaz su mənbələrinə zərbə vurur.
- Məhərrəm ayı başlayır
- Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini