Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-də yazıb.
"Beş il əvvəl kiməsə desəydim ki, bir gün Ağdamdan Bakıya sürətli qatarla gedəcəyik, bu, xəyal, fantaziya, hətta əfsanə kimi qəbul oluna bilərdi. Ancaq bu gün bu görüntü reallığa çevrilib. Biz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Əlaqələndirmə Qərargahının üzvləri ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımızda dirçəliş və tərəqqinin qüdrətli simvolu olan Ağdam-Bakı sürət qatarı ilə paytaxta qayıdırıq", - Prezidentin köməkçisi bildirib.
Qeyd edək ki, bu gün Ağdam şəhərində Prezident Administrasiyası və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
- Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu